Evinizdən orta əsrlərə açılan pəncərə - İtalyan zərafətini hiss etdirən Toskana üslubu

Sadə cizgilər, təbii atmosfer, italyan zərafəti...

Klassik memarlıq elementlərini müasir toxunuşlarla birləşdirən Toskana üslubu sizi özəl və hüzurlu hiss etdirəcək. Orta əsr İtalyan zərafətini hər detalında hiss etdirən Toskana üslubu - evinizdən orta əsrlərə açılan bir pəncərə rolunu oynayacaq.

İncəsənət və memarlığın beşiyi Florensiyadan ilhamlanan interyer - yağlı boya tablolar, intibah tərzi bürünc şamdanlar, boyalı pəncərə və çərçivələr, "nəsildən-nəslə ötürülən" hər cür dekorativ əşyalarla tamamlanır.

İnteryer dizaynda təbiətdən ilhamlanan rəng palitrası günəşin enerjisini evinizdə hiss etdirəcək. Antik dekorativ elementlər isə dizayna zərif və lüks toxunuş bəxş edəcək.

Bu üslub taxta detallarla pastel rənglərin qovuşduğu səmimi mühit yaradacaq. İnteryerdə istifadə olunan təbii ağac və antik dekorasiya sizi orta əsrin cazibədar Sienasında hiss etdirəcək.

Toskana tərzi rahatlığı və təbiiliyi sevən insanların seçimidir. Rahat və yumşaq mebel dəstləri ilə interyeriniz tamamlanacaq.

Landşaft dizaynında da Toskana tərzi, təbiət və incəsənətin harmoniyasını ilə - məkanınıza zəngin Aralıq dənizi estetikası və təravəti gətirəcək.

Sadə, hüzurlu və sofistik hiss edən bu üslubu kim sevməz ki?

İtalyan mədəniyyətinin gözəlliyinin ən yaxşı nümunələrindən biri olan bu üslubda dam örtüklü ənənəvi daş evlər, günəbaxan tarlaları, zeytun və üzüm bağları ilə dolu yamyaşıl yamaclı mənzərələr sizi orta əsrlərə aparacaq.